PƏNCABDA DAŞQINLARIN FƏSADLARI ARTIR
Pakistanın Pəncab vilayətində sel və daşqınların törətdiyi fəsadlar artmaqdadır.
Rəsmilərin verdiyi məlumata görə, çaylarda suyun səviyyəsi rekord həddə çatıb.
Bundan başqa, Hindistanın daşmaq təhlükəsi olan çaylarda bəndləri açıb Pakistan ərazilərinə buraxması, istənilən halda, pis hava şəraitindən əziyyət çəkən insanların vəziyyətini daha da ağırlaşdırıb.
Hindistanın sərhədyanı bölgələrdə daşğın olacağına dair Pakistanı əvvəlcədən xəbər etdiyi qeyd olunur.
Rəsmilər əhalini təxliyə edir və məktəbləri, polis və təhlükəsizlik obyektlərini xilasetmə düşərgələri kimi istifadə edirlər.
Onlar vətəndaşlara müraciət edərək daşqınların təbii hadisə olduğunu, suyun böyük miqdarda gəldiyini, onu dayandıra bilməyəcəklərini bildiriblər.
Təxminən 150 milyon əhalisi olan Pəncab Pakistanın kənd təsərrüfatında mühüm rol oynayır və ölkənin əsas buğda istehsalçısıdır.
2022-ci ildə baş verən dağıdıcı daşqınlar şərq və cənubdakı böyük əkin sahələrini məhv edib.
Pakistan Milli Hava Mərkəzinin məlumatına görə, Pəncaba 1 iyul – 27 avqust tarixləri arasında ötən illə müqayisədə 26,5 faiz çox musson yağıntısı düşüb.
Fövqəladə Halların İdarəetmə Agentliyi açıqlayıb ki, iyunun 26-dan etibarən yağış və daşqınlarla əlaqədar 849 nəfər ölüb, 1 130 nəfər isə yaralanıb.
Qeyd edək ki, Pakistanın musson mövsümü adətən sentyabrın sonuna qədər davam edir.