ŞƏT-İN SAMMİTİ KEÇİRİLİR
Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçirilir.
Qeyd edək ki, təşkilat 2001-ci ildə Çin və Rusiya tərəfindən Mərkəzi Asiya və geniş regionda təhlükəsizlik məsələlərinə diqqət yetirmək məqsədilə yaradılıb.
Sammitdə təşkilatın 10 üzv dövlətinin liderləri və gələcəkdə təşkilata qoşula biləcək iki düzün ölkələrin təmsilçiləri iştirak edirlər.
Çin lideri Si Cinpin daha əvvəl qonaqlarla təkbətək görüşlər keçirib.
ŞƏT əvvəlcə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan tərəfindən yaradılıb, daha sonra Hindistan, İran, Pakistan və Belarus da üzvlüyə qoşulub.
Əfqanıstan və Monqolustan müşahidəçi dövlətlərdir, Cənub-Şərqi Asiya və Yaxın Şərqdən olan 14 ölkə isə “dialoq tərəfdaşı” statusundadır. Sammit hər il müxtəlif ölkədə keçirilir.
Sammitə Rusiyanın prezidenti Vladimir Putin, İran prezidenti Masud Pezeşkian, Hindistanın baş naziri Narendra Modi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Misirin baş naziri Mustafa Mədbuli, eyni zamanda, Azərbaycan prezidenti İlham Əliyev kimi yüksək səviyyəli rəsmilər qatılırlar.
Cənub-Şərqi Asiyadan bəzi ŞƏT üzvü olmayan ölkələr də tədbirdə təmsil olunurlar.
Çinin onlarla əməkdaşlığı onun regionla əlaqələrini gücləndirmək istəyini əks etdirir.
Hindistan, Misir və Türkiyə liderləri hərbi paraddan əvvəl Pekini tərk edəcək.
Qeyd edək ki, Hindistan və Türkiyə, qərb ölkələri və müttəfiqləri kimi, adətən hərbi paradda Çin liderləri ilə birgə şəkil çəkdirmirlər.
Parad zamanı Çin və Rusiya liderlərinə Şimali Koreya lideri Kim Çen In da qoşulacaq.