6 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ BAŞ VERİB
Əfqanıstanın şərqində 6,0 bal gücündə zəlzələ baş verib.
Təbii fəlakət nəticəsində, ilkin məlumata əsasən, 250 nəfər ölüb, 100-dən çox insan xəsarət alıb.
Onlar ev dağılıb. Vəziyyətlə əlaqədar ölü sayının artacağı ehtimalı yüksəkdir.
Yeraltı təkanların episentri Cəlalabad şəhərindən 27 kilometr şimal-şərqdə 8 kilometr dərinlikdə qeydə alınıb.
Ən çox dağıntının yaşandığı regionlardan biri Kunar vilayətidir.
Taliban rəsmiləri xilasetmə işlərinə dəstək göstərmələri üçün beynəlxalq humanitar təşkilatlara müraciət ediblər.
Qeyd olunub ki, dağlıq ərazilərdə bir çox kəndlər yalnız hava yolu ilə əlçatandır, çünki sürüşmələr və daşqınlar yolları bağlayıb.
Yeraltı təkanlar Əfqanıstanın paytaxtı Kabildən tutmuş, 300 kilometrdən çox məsafədə yerləşən Pakistanın paytaxtı İslamabada qədər hiss olunub.