PAKİSTANDA HELİKOPTER QƏZASINDA 5 NƏFƏR HƏLAK OLUB
Pakistan hökumətinə məxsus helikopter qəzaya uğrayıb. Hadisə Gilgit-Baltistan bölgəsinin Diamer rayonunun Çilas yaxınlığında baş verib. Polis rəsmisinin məlumatına görə, qəza nəticəsində helikopterdəki 5 nəfər ekipaj üzvünün hamısı həlak olub.
Diamer rayonunda polis rəsmisi Əbdül Həmid bildirib ki, helikopter dağlıq turistik ərazidə yeni helikopter meydançasına sınaq enişi həyata keçirərkən yerə çırpılıb. Onun sözlərinə görə, ölənlərdən ikisi pilot, üçü isə texnik olub. Qəzanın səbəbi hava gəmisinin texniki nasazlığı olub.
Gilgit-Baltistan hökumətinin sözçüsü Faizullah Faraq hadisə ilə bağlı açıqlama verib.Onun dediyinə görə Ehtimal olunur ki Mi-17 tipli helikopteri qəzaya uğrayıb.
Qeyd edək ki, bu, son həftələrdə hökumətə məxsus ikinci Mi-17 tipli helikopter qəzasıdı. Bundan əvvəl Khyber Paxtunxva əyalətində daşqınlara qarşı yardım işləri zamanı başqa bir Mi-17 də qəzaya uğramışdı.