AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

KİM ÇEN İN YENİ RAKET ZAVODUNA BAŞ ÇƏKİB

  • + A
  • - A
  • Bu gün, 16:19

    KİM ÇEN İN YENİ RAKET ZAVODUNA BAŞ ÇƏKİB

    Şimali Koreya lideri Kim Çen In yeni ballistik raket istehsal edən zavoda baş çəkib. Bu barədə dövlət mediası məlumat yayıb. Bildirilir ki, ölkə lideri Çinə böyük hərbi paradda iştirak etməyə yollanmadan öncə buraya gəlib.

    Koreya Mərkəzi Xəbər Agentliyi bazar ertəsi bildirib ki, Kim yeni istifadəyə verilmiş böyük bir hərbi müəssisənin birləşdirilmiş raket istehsalı xəttini ziyarət edib və raket istehsalı üzrə üç yeni uzunmüddətli planı, həmçinin silahlanmaya dair əlavə xərcləri təsdiqləyib. Agentliyin məlumatına görə, bu addımlar Kim Çen Inın diplomatik danışıqlara silah istehsalının azaldılmasını müzakirə etmək niyyəti olmadan gedəcəyini göstərir.

    Yerli medianın yaydığı məlumata əsasən, Kim Çen Inın Hvasong-11 seriyalı qısa mənzilli ballistik raketləri yoxladığı görünür. O, bu silahların hamısının nüvə başlığı ilə təchiz oluna biləcəyini və həm Cənubi Koreyanı, həm də Koreya yarımadasındakı ABŞ bazalarını hədəfə ala biləcəyini iddia edib.

    Məlumatda o da qeyd olunur ki, Ehtimallara görə Şimali Koreya Hvasong-11A və həmin seriyanın başqa ölçülü raketlərini Rusiyaya ixrac edib. Onlar Ukraynaya qarşı müharibədə istifadə olunub.

    Fotolarda zavodun daxili yalnız qismən görünür, lakin yayımlanan görüntülər Kim Çen Inın daha əvvəl Hvasong-11 raketlərini yoxladığı Şərq sahilində yerləşən Hamhundakı zavodun otaqlarına bənzəmir. Qeyd edək ki, bu müəssisə həmin silahların istehsal edildiyi Şimali Koreyadakı yeganə məlum zavoddur. Zavodun Çinlə sərhəd olan və ölkənin hərbi-sənaye mərkəzlərindən biri sayılan Cağan vilayətində yerləşməsi ehtimal olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR