BEYRUTDA JURNALİSTLƏRƏ DƏSTƏK AKSİYASI KEÇİRİLİB
Beyrutun mərkəzində toplaşan Livanlı və fələstinli jurnalistlər Qəzzada media işçilərinə qarşı davam edən hücumlara diqqət çəkiblər. İştirakçılar əllərində fələstin bayraqları və “Jurnalistlərin öldürülməsi müharibə cinayətidir” yazılan plakatlarla etiraz aksiyası keçiriblər.
Hərəkatın nümayəndələri Qəzzada 245-dən artıq jurnalistin “soyuqqanlılıqla öldürüldüyünü” bildirərək, onların hədəfə alınmasının həqiqətin üzə çıxarılmasına mane olmaq məqsədi daşıdığını vurğulayıblar.
Aksiyada çıxış edən livanlı fəallar İsrailin jurnalistləri susdurmaqla həm də fələstinli xalqı məhv etməyi hədəflədiyini deyiblər. Onlar bu etirazı həm Qəzzadakı media nümayəndələrinə həmrəylik mesajı, həm də beynəlxalq ictimaiyyətə çağırış kimi qiymətləndiriblər.
Qəzzadakı müharibə müasir dövrün jurnalistlər üçün ən təhlükəli münaqişəsi hesab olunur. Oktyabr 2023-dən bu yana təxminən 200-dən çox media işçisi həyatını itirib. Onların bəziləri ailələri ilə birlikdə evlərində, digərləri isə üzərində “PRESS” yazısı olan maşınlarda və ya xəstəxanaların yaxınlığında hədəfə alınıb.
Müşahidəçilər bu aksiyaların beynəlxalq ictimaiyyətə “jurnalistləri müdafiə etmək və münaqişənin işıqlandırılmasını təmin etmək” çağırışı kimi dəyərləndirildiyini bildirirlər.