AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

LAVROV: ABŞ DOLLARDAN SUİ-İSTİFADƏ EDİR

  • + A
  • - A
  • Bu gün, 08:11

    LAVROV: ABŞ DOLLARDAN SUİ-İSTİFADƏ EDİR

    Rusiya Xarici İşlər naziri Sergey Lavrov Şanxay Əməkdaşlıq Təşkilatının Tianjin şəhərində keçirilən toplantısında çıxış edib. O bildirib ki, hazırda çoxqütblü dünya formalaşır, lakin Qərb ölkələri bu prosesin qarşısını almağa çalışır.

    Lavrovun sözlərinə görə, Qərb artıq ədalətli rəqabət və danışıqlar yolu ilə deyil, təzyiq, şantaj və sanksiyalar vasitəsilə üstünlüyünü qorumağa çalışır. Nazir həmçinin ABŞ-ı dünya maliyyə sistemində dolların rolundan sui-istifadə etməkdə ittiham edib.

    Rusiya XİN rəhbəri qeyd edib ki, ŞƏT sammitinin əsas nəticəsi üzv dövlətlərin öz legitim maraqlarını qorumaq, rəqabətə davam etmək və beynəlxalq hüquqa uyğun hərəkət etmək əzminin nümayişidir.

    Lavrov əlavə edib ki, toplantıda Çin rəhbərliyinin irəli sürdüyü təşəbbüslər də diqqətə çatdırılıb. Bunlara qlobal idarəetmənin islahatı, yaşıl iqtisadiyyatın inkişafı, müasir texnologiyalar və süni intellekt sahəsində əməkdaşlıq daxildir. Nazir vurğulayıb ki, bu mövzular təşkilatın növbəti sədri olacaq Qırğızıstanın rəhbərliyi dövründə geniş müzakirə ediləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR