AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

PAKİSTAN DAŞQINLARLA MÜBARİZƏ APARIR

  • + A
  • - A
  • Bu gün, 08:12

    PAKİSTAN DAŞQINLARLA MÜBARİZƏ APARIR

    Pakistanın Pəncab əyalətində baş verən güclü daşqınlar hökuməti genişmiqyaslı xilasetmə əməliyyatına məcbur edib. Rəsmi məlumatlara görə, indiyədək 900 mindən çox sakin təhlükəsiz ərazilərə təxliyə olunub.

    Pakistan Meteorologiya İdarəsi xəbərdarlıq edib ki, bölgədə yağıntılar davam edəcək. Bu isə çayların səviyyəsini daha da yüksəldərək kəndləri və əkin sahələrini su altında qoymaq təhlükəsini artırır.

    Xilasetmə qrupları Multan və Cang rayonlarında günlərlə evlərini tərk edə bilməyən sakinləri qayıqlar vasitəsilə çıxarır. Yüzlərlə insan öz əşyalarını götürərək yollar boyu və yüksək ərazilərə sığınmağa məcbur qalıb.

    Rəsmilər bildirir ki, təkcə Pəncab əyalətində mindən çox yardım düşərgəsi yaradılıb. Lakin onlardan cəmi 36 min nəfər istifadə edir. Digər yüz minlərlə insanın harada sığındığı hələlik məlum deyil.

    Mütəxəssislər daşqınların səbəbini həm mövsümdən artıq yağan musson yağışları, həm də Hindistanın dolmuş su anbarlarından buraxdığı böyük həcmdə su ilə izah edirlər. Ravi, Çenab və Sutlec çaylarının eyni vaxtda daşması nəticəsində minlərlə hektar torpaq su altında qalıb.

    Rəsmi məlumatlara görə, bu mövsüm Pakistan ərazisində 850-dən çox insan təbii fəlakət nəticəsində həyatını itirib. Hakimiyyət əhalini ayıq-sayıq olmağa və təhlükəli zonaları tez bir zamanda tərk etməyə çağırır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR