ÇADIR DÜŞƏRGƏLƏRİNDƏ MƏSKUNLAŞMA SIXLAŞIB
Fələstinin Qəzza Zolağı regionu Xan-Yunis şəhərində çadır düşərgələrində məskunlaşma sıxlaşıb.
Vəziyyətin son günlərdə şimaldan gələn qaçqınların axını ilə bağlı olduğu bildirilir.
Məcburi köçkünlər çadırlarda vəziyyətin dözülməz həddə çatdığını bildiriblər.
“Bizim cəmi iki metrlik çadırımız var, içəridə yemək bişirir, su saxlayır, od qalayırıq. Heç bir təmizlik vasitəsi yoxdur, xəstəliklər yayılıb” – deyə İman ən-Nəqa vurğulayıb.
Bu arada İsrail hərbi komandanlığı Qəzzada qalan fələstinlilərə növbəti dəfə xəbərdarlıq edib, yaxın günlərdə hərbi əməliyyatların əhatə dairəsini genişləndirəcəyini elan edib.
Qəzza şəhərinə hücumunu genişləndirmək məqsədilə on minlərlə ehtiyat hərbçini səfərbər olunub.
Qeyd edək ki, İsrail Qəzzanı HƏMAS-a qarşı əməliyyatları əsas gətirərək bombalayır.
2 ilə yaxındır ki, davam edən bombardmanda ölənlərin ümumi sayı 63 633-ə çatıb, 160 mindən çox insan yaralanıb. Ölənlərin əksəriyyəti mülkilərdir.
İsrail ilə HƏMAS arasında qarşıdurmaların fəal mərhələsi HƏMAS-ın İsrailə hücum edərək 1200 nəfəri öldürməsi və 251 nəfəri girov götürməsindən sonra başlayıb.
Baş nazir Benyamin Netanyahu 2023-cü il 7 oktyabrda yaşanan hadisələrin təkrarlanmaması üçün HƏMAS-ı döyüş qabiliyyətini iflic etməli olduqlarını deyib.
Qəzzada müharibə milyonlarla yerli sakinin evlərini tərk etməsinə, aclığa səbəb olub.