AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

PAKİSTANDA XİLASETMƏ ƏMƏLİYYATLARI GENİŞLƏNDİRİLİB

  • + A
  • - A
  • Bu gün, 11:57

    PAKİSTANDA XİLASETMƏ ƏMƏLİYYATLARI GENİŞLƏNDİRİLİB

    Pakistanın Pəncab ştatında daşqınlardan əziyyət çəkən insanların təxliyə və xilas edilməsi əməliyyatları genişləndirilib.
    Multan, Canc və digər rayonlarda evlərin damında köməksiz qalan insanları axtarmaq üçün pilotsuz uçuş aparatlarından istifadə olunur.

    Yüzlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.
    Daşqınlar nəticəsində 3100-dən çox kənd su altında qalıb, ötən həftədən bəri hərbçilər və fövqəladə xidmətlərin dəstəyi ilə 900 mindən çox insan təxliyə olunub.
    Həmçinin 600 mindən artıq kənd təsərrüfatı heyvanı da təhlükəsiz ərazilərə köçürülüb.

    Qeyd edək ki, son həftələrdə Hindistandakı su anbarlarından buraxılan böyük həcmdə su Pakistan çaylarının məcrasından çıxmasına səbəb olub.
    Bu, ölkənin ən sıx məskunlaş olan bölgəsi Pəncab tarixində ən genişmiqyaslı daşqınlara gətirib çıxarıb.
    Rəsmilərin sözlərinə görə, 1000-dən çox yardım düşərgəsi qurulsa da, onlarda cəmi 36 min 550 nəfər yerləşdirilib, əhalinin böyük hissəsinin isə harada olduğu bəlli deyil.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR