AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ÇEXİYA 1,4 MİLYARD AVROLUQ TANK ALIR

  • + A
  • - A
  • Bu gün, 07:58

    ÇEXİYA 1,4 MİLYARD AVROLUQ TANK ALIR

    Çexiya hökuməti ordusunun modernləşdirilməsi məqsədilə Almaniyadan Leopard 2A8 tipli tankların alınmasına qərar verib. Müdafiə naziri Yana Çernoxovanın açıqlamasına görə, 34 milyard krona, yəni 1,4 milyard avroya başa gələcək müqavilə çərçivəsində 44 tankın çatdırılması 2028–2031-ci illərdə nəzərdə tutulur.

    Razılaşmaya görə, Praqa əlavə olaraq 14 tank sifariş etmək imkanına malikdir. Çexiya ötən il Almaniya və digər ölkələrlə 77 Leopard tankının alınmasına dair ilkin razılaşma əldə etmişdi. Bundan əlavə, hazırda 19 xüsusi versiya 2A8 tankının alınması ilə bağlı da danışıqlar davam edir.

    Hökumət həmçinin 37,6 milyon avro dəyərində 18 “Supacat Extenda” yüngül zirehli texnika almaq barədə qərar qəbul edib. Bununla yanaşı, yaxın illərdə 24 ABŞ istehsalı F-35 qırıcı təyyarəsi və 246 CV90 zirehli döyüş maşınının alınması da planlaşdırılır.

    Yeni hərbi xərclər Çexiyanın Ukraynaya verdiyi köhnə texnikanın əvəzlənməsi və NATO öhdəliklərinin yerinə yetirilməsi məqsədi daşıyır. Praqa artıq 2030-cu ilə qədər müdafiə büdcəsini ÜDM-in 3 faizi həddinə çatdıracağını elan edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR