B.BRİTANİYA VƏ İSPANİYA SAZİŞ İMZALAYIB
Böyük Britaniyanın Baş naziri Kir Starmer və İspaniyanın hökumət başçısı Pedro Sançes Londonda ikitərəfli əməkdaşlığa dair çərçivə sazişi imzalayıblar.
Bu barədə Britaniya hökuməti məlumat yayıb. Məlumata görə, yeni “strateji ikitərəfli çərçivə sazişi”nin məqsədi "Brexit"dən sonra iki ölkə arasında münasibətləri möhkəmləndirməkdir. Saziş iqtisadi inkişaf, miqrasiya və digər ortaq maraqlar sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.