AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

M.ZAXAROVA AZƏRBAYCANDA SAXLANILANLARDAN DANIŞIB

  • + A
  • - A
  • Bu gün, 08:50

    M.ZAXAROVA AZƏRBAYCANDA SAXLANILANLARDAN DANIŞIB

    Azərbaycanda həbsdə olan 13 rusiyalının azadlığa buraxılması Moskva ilə Bakı arasında münasibətlərin normallaşmasına mühüm töhfə ola bilər.

    Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

    "Rusiya vətəndaşlarının azad edilməsi Rusiya ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində vacib addımdır”, – deyə Zaxarova brifinqdə qeyd edib.

    Onun sözlərinə görə, məsələ 22 avqustda Həştərxanda keçirilən Rusiya–Azərbaycan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının iclasında ətraflı müzakirə olunub və Azərbaycan nümayəndə heyətinə Rusiyanın mövqeyi çatdırılıb.

    Zaxarova həmçinin xatırladıb ki, 3, 14 və 23 iyul tarixlərində konsulluq əməkdaşları Bakıda saxlanılan rusiyalıları ziyarət edib.

    “Dördüncü görüş üçün müraciət göndərilib, lakin Azərbaycan tərəfi hələlik buna razılıq verməyib”, – deyə o əlavə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR