AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

KOFE SEVƏNLƏR, DİQQƏTLİ OLUN!

  • + A
  • - A
  • Bu gün, 08:48

    KOFE SEVƏNLƏR, DİQQƏTLİ OLUN!

    Kolorado Universitetinin alimləri müəyyən ediblər ki, qan verməzdən əvvəl qəhvə içmək donor materialının keyfiyyətini və qan köçürmələrinin effektivliyini azalda bilər.

    Tədqiqatçılar bu qənaətə 13 mindən çox donorun qan nümunələrinin təhlilindən sonra gəliblər. Məlum olub ki, qanda yüksək kofein səviyyəsi eritrositlərin saxlanma zamanı daha tez zədələnməsinə səbəb olur.

    Eritrositlər - qanın ən çoxsaylı hüceyrələridir və onun həcminin 40–45 faizini təşkil edir. Kofein qəbulundan sonra belə hüceyrələr köçürmələr zamanı orqanizmdə daha pis yerləşir və xəstələrdə hemoqlobin səviyyəsinin daha az artmasını təmin edir. Bundan başqa, recipiyentlərdə eritrositlərin sürətlə dağılmasının (hemoliz) əlamətləri müşahidə olunub.

    Xüsusilə mənfi təsir ADORA2b geninin geniş yayılmış variantı aşkar edilən donor və pasiyentlərdə qeydə alınıb. Bu gen oksigen çatışmazlığı şəraitində eritrositlərin fəaliyyətini tənzimləyir. Müəlliflərin fikrincə, bu kəşf qan köçürmələrində yalnız qan qrupunun deyil, həm də həyat tərzinin və genetik xüsusiyyətlərin nəzərə alındığı daha fərdi yanaşmaya yol açır.

    Alimlər qeyd edirlər ki, çox insan mütəmadi olaraq kofein qəbul etdiyindən, onun orqanizmdə mövcudluğu idarəolunan risk amili hesab edilə bilər. Maddənin qısa yarımparçalanma dövrü nəzərə alınaraq, qanvermə günlərində kofein qəbulunu müvəqqəti məhdudlaşdırmaq kifayətdir. Avropanın bir sıra ölkələrində donorlar üçün belə tövsiyələr artıq qüvvədədir(Report)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR