ABŞ YENİ QƏRAR VERMƏYƏ HAZIRLAŞIR
ABŞ prezidenti Donald Tramp ordunun daha sərt imicini formalaşdırmaq məqsədilə Müdafiə Nazirliyinin (Pentaqon) adının “Müharibə Departamenti” olaraq dəyişdirilməsi barədə sərəncam imzalamağı planlaşdırır.Məsələ ilə bağlı Ağ Evin yüksək rütbəli rəsmisi ABŞ mətbuatına açıqlama verib. Onun sözlərinə görə, Tramp bu istiqamətdə yaxın günlərdə iclas keçirəcək.
Sənəddə deyilir ki, “Müharibə Nazirliyi adı hazırkı Müdafiə Nazirliyi anlayışından fərqli olaraq yalnız müdafiəni deyil, həm də hazırlıq və qətiyyət mesajını daha güclü şəkildə çatdırır”. Bundan əlavə, Hegsethə departamentin adının tam dəyişdirilməsi istiqamətində həm qanunvericilik, həm də icra hakimiyyəti səviyyəsində təkliflər hazırlamaq tapşırılıb.
Qanunvericiliyə əsasən, prezident Konqresin təsdiqi olmadan Nazirliyin adını dəyişə bilməz. Buna görə də Trampın sərəncamı ilə yalnız prosesin başlanacağı, Pentaqonun isə müvafiq hazırlıqlar görəcəyi gözlənilir.
Qeyd edək ki, Müharibə Departamenti ABŞ Konstitusiyasının qüvvəyə mindiyi 1789-cu ildə Corc Vaşiqton tərəfindən yaradılıb. 1947-ci ildə 2 ci dünya müharibəsindən sonra qəbul edilən qanunla qurumun adı dəyişdirilərək Müdafiə Nazirliyi adlandırılıb.
Tramp dəfələrlə bu addıma qayıtmaq ideyasını gündəmə gətirib və ABŞ-ın hər iki dünya müharibəsində qələbə tarixini bu adla bağlayıb. O və müdafiə naziri
Pit Hegset departamentin fəaliyyətini “müharibə aparmaq” və “döyüşçü ideologiyası” üzərində cəmləmək istədiklərini vurğulayıblar. Onların fikrincə, nazirlik son illər “müxtəliflik, bərabərlik və inklüzivlik proqramları”na həddindən artıq önəm verib və oyanış ideologiyası ilə məşğul olub.
Qərar həmçinin Çinin yeni silah, pilotsuz uçuş aparatları və digər hərbi texnikanı nümayiş etdirdiyi böyük hərbi paradın ardınca gəlib. Bu parad ABŞ və müttəfiqlərinə açıq mesaj kimi dəyərləndirilib.