FRANSADA XAOTİK HƏFTƏ GÖZLƏNİLİR
Fransa parlamentinin aşağı palatası – Milli Assambleyada baş nazir Fransua Bayruya etimad səsverməsi keçiriləcək.
Bayru Milli Assambleyada büdcə planlarını qəbul etdirmək üçün dəstəyə ehtiyacı olduğunu bildirib.
O, ötən ay büdcə kəsiri ÜDM-in 5,8 faizinə çatdıqdan sonra 44 milyard avroluq (51 milyard dollar) qənaət planını təqdim edib.
Müxalifət Bayrunun büdcə planını müxtəlif səbəblərlə tənqid edir və onu yay ərzində onlarla ciddi məsləhətləşmələr aparmamaqda ittiham edirlər.
Ekspertlərin sözlərinə görə, bu səsvermənin nəticəsi onun mərkəzçi hökumətinin çökməsinə və Avropa İttifaqının ikinci böyük iqtisadiyyatında növbəti siyasi qeyri-sabitlik dövrünə gətirib çıxara bilər.
Ekspertlər, möcüzə baş verməsə, Bayru hökumətinin süqut edəcəyini deyiblər.
Demək olar ki, bütün siyasi qüvvələr prezident Emmanuel makronun köhnə müttəfiqinə etimad göstərməyəcəklərini açıqlayıblar.
Milli Assambleyada radikal sağçılar və solçular 320 mandata sahibdirlər.
Mərkəzçilər və müttəfiq mühafizəkarlar isə 210 yer tuturlar.
Bu da müxalifət komanda şəklində hərəkət edəcəyi təqdirdə Bayru hökumətinin devrilə biləcəyini göstərir.
Çərşənbə günü isə bütün ölkə üzrə etiraz aksiyaları və vətəndaş itaətsizliyi tədbirləri planlaşdırılıb.
74 yaşlı Bayru ötən ilin dekabrından vəzifədədir.