İSRAİL ALİ MƏHKƏMƏSİ: “FƏLƏSTİNLİ MƏHBUSLAR QİDA İLƏ TƏMİN OLUNMURLAR”
İsrail Ali Məhkəməsi ölkədə saxlanılan fələstinli məhbusların kifayət qədər qida ilə təmin edilmədiyinə qərar verib.
Məhkəmə məhsbuların qida ilə təminatının yaxşılaşdırılması üçün tədbirlər görülməli olduğunu bildirib.
Minlərlə fələstinli uzun illərdir İsrail həbsxanalarında saxlanılır, onlardan bəziləri terrorçuluqda ittiham olunur.
Minlərlə şəxs 2023-cü ilin oktyabrında Qəzzada müharibənin fəal mərhələsi başladıqdan sonra həbs olunub.
Xatırladaq ki, müharibənin fəal mərhələsi HƏMAS-ın İsrailə hücum edərək 1200 nəfəri öldürməsi və 251 nəfəri girov götürməsindən sonra başlayıb.
İsrailin Qəzzanı bombalaması nəticəsində son sutkada 87 nəfər ölüb.
İndiyədək ölənlərin sayı 64 mini ötüb.
İsrail ilə HƏMAS arasında atəşkəs danışıqları dalana dirənmiş vəziyyətdədir.
Ötən gün Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp “HƏMAS”A “sonuncu xəbərdarlıq” edərək Qəzzada saxlanılan israilli girovların azad edilməsi ilə bağlı razılaşmanı qəbul etməyə çağırıb.
O, “Truth Social” hesabında yazıb ki, İsrail onun şərtlərini qəbul edib və indi “HƏMAS” da şərtlərə razı olmalıdır.
HƏMAS isə bəyanatında bildirib ki, “atəşkəs razılaşmasına nail olmaq məqsədilə Amerika tərəfindən irəli sürülən bəzi ideyalardan sonra” dərhal danışıqlar masasına oturmağa hazırdır.
Tramp Qəzza ilə bağlı çox tezliklə bir razılaşma olacağını və bütün girovların – diri və ya ölü – geri qaytarılacağına inandığını deyib.
Qəzzada saxlanılan 48 girovdan təxminən 20-nin sağ olduğu güman edilir.