2 FƏLƏSTİNLİ İNSANLARA ATƏŞ AÇIB
Qüdsdə fələstinli 2 silahlı şəxs avtobus dayancağında dayan insanlara atəş açıblar.
Hadisə nəticəsində 5 nəfərin öldüyü, 9 nəfərin yaralandığı bildirilir.
Yaralıların əskəriyyətinin vəziyyəti ağırdır.
Təcili yardım xidməti ölənlərin şəxsiyyətini açıqlayıb: onların arasında 30 yaşlarında üç kişi, 50 yaşlarında bir qadın və bir kişi var.
Hadisə zamanı ərazidə olan təhlükəsizlik xidməti əməkdaşı və bir mülki şəxs atəşə cavab verərək hücumçuları zərərsizləşdiriblər.
Hücumun məsuliyyətini hələlik heç bir silahlı qruplaşma üzərinə götürməyib, lakin HƏMAS hadisəni alqışlayan bəyanat yayıb.
Baş nazir Benyamin Netanyahu hücumdan sonra təhlükəsizlik qurumlarının rəhbərləri ilə vəziyyətin qiymətləndirilməsi üzrə iclas keçirib.
Fakt “terror” aktı kimi qiymətləndirilir.