İZMİRDƏ POLİS MƏNTƏQƏSİNƏ HÜCUM EDİLİB
Türkiyənin İzmir vilayətində naməlum silahlı şəxs polis məntəqəsinə hücum edib.
O polislərə atəş açaraq 2 nəfər öldürüb, bir nəfəri yaralayıb, bir qədər sonra həbs olunub.
Daha əvvəl onun öldüyü xəbəri yayılıb. Lakin daxili işlər nazirliyi xəbərin yalan olduğunu bildirib.
Hücum edən şəxsin 16 yaşı olduğu müəyyən edilib.
Hadisənin hansı motivlər əsasında baş verdiyi isə hələlik məlum deyil.
Onun hər hansı bir qruplaşma ilə əlaqəsinin olub-olmadığı araşdırılır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hadisənin sarsıdıcı xəbər olduğunu deyib, ölənlərin ailələrinə baş sağlığı verib, yaralılara şəfa diləyib.