Ermənistan prezidenti Rusiya ilə münasibətlərdən danışıb
Rusiya artıq Ermənistanı "kiçik qardaş" kimi qəbul etmir və ölkələr arasında tərəfdaşlıq münasibətləri qurulub.
Bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan RTVI telekanalına müsahibəsində bildirib.
"İndi Rusiya ilə münasibətlər tamamilə fərqlidir - tərəfdaşlıq münasibətləri. Rusiyanın Ermənistana münasibəti böyük-kiçik qardaş münasibəti kimi deyil, sadəcə olaraq tərəfdaşlıqdır. Biz son 4 ildə əslində buna nail olmağa çalışmışıq", - Xaçaturyan deyib.
Prezidentin sözlərinə görə, İrəvan "rusiyalı həmkarlarının Ermənistan hakimiyyətinin müstəqil qərarlarını nəzərə almasını" istəyir.