AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Ermənistana maliyyə ayırmaq niyyətindədir

  • + A
  • - A
  • Dünən, 22:42

    ABŞ Ermənistana maliyyə ayırmaq niyyətindədir

    ABŞ TRIPP (Tramp marşrutu) layihəsinin həyata keçirilməsi üçün Ermənistana 145 milyon dollar yardım ayırmaq niyyətindədir.

    Bunu ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun direktoru Brendan Henrehen İrəvanda Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanla görüşündə deyib.

    "Konqreslə əməkdaşlıq çərçivəsində biz Ermənistana 145 milyon dollar verməyi planlaşdırırıq. Bu, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu təşəbbüsü və avqustun 8-də əldə olunmuş müvafiq razılaşmalar çərçivəsində maliyyənin ilk tranşıdır", - Henrehen bildirib.

    Onun sözlərinə görə, vəsait ticarət, infrastruktur, kritik mineral ehtiyatların tədarük zəncirləri və transsərhəd təhlükəsizliyin təmin edilməsinə investisiyaların dəstəklənməsi üçün istifadə olunacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR