AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ VƏ İSRAİL MÜHARİBƏ ŞƏRTLƏRİNİ AÇIQLAYIB

  • + A
  • - A
  • Bu gün, 07:38

    ABŞ VƏ İSRAİL MÜHARİBƏ ŞƏRTLƏRİNİ AÇIQLAYIB

    ABŞ dövlət katibi Marko Rubio və İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada sülhün yalnız Həmasın məğlubiyyəti və bütün girovların azad olunması ilə mümkün olacağını bəyan ediblər. Onlar müvəqqəti atəşkəs çağırışlarını rədd ediblər.

    Netanyahu Qətərdə Həmas liderlərinə qarşı həyata keçirilən hücumu müdafiə edərək, bunun İsrailin müstəqil qərarı olduğunu vurğulayıb. O bildirib ki, “terrorçular üçün heç bir sığınacaq olmamalıdır”. Baş nazir həmçinin Qəzza şəhərində genişləndirilən hərbi əməliyyatları əsaslandıraraq, dağıdılan binaların Həmasın mövqeləri kimi istifadə edildiyini deyib.

    Rubio isə ABŞ-ın əsas diqqətinin bundan sonrakı proseslərə yönəldiyini bildirib. O, Qətərin vasitəçilik imkanlarının davam edib-etməyəcəyinin müzakirə mövzusu olduğunu qeyd edib. Rubio həmçinin BMT-nin Fələstin dövlətçiliyini dəstəkləyən qətnamələrini “simvolik” adlandıraraq, bu qərarların real proseslərə təsir etmədiyini vurğulayıb.

    Rubio İsrailə iki günlük səfər çərçivəsində Qəzzanın şimalında intensivləşən hücumların fonunda dəstəyini nümayiş etdirib. İsrailin son əməliyyatlarında ən azı 13 fələstinli həlak olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR