AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ƏRƏB VƏ İSLAM LİDERLƏRİ İSRAİLİN QƏTƏRƏ HÜCUMUNU PİSLƏDİ

  • + A
  • - A
  • Bu gün, 07:41

    ƏRƏB VƏ İSLAM LİDERLƏRİ İSRAİLİN QƏTƏRƏ HÜCUMUNU PİSLƏDİ


    Qətərdə Ərəb və İslam dövlətlərinin fövqəladə sammiti keçirilib. Sammit İsrailin ötən həftə Dohada HƏMAS rəhbərliyinə qarşı həyata keçirdiyi hava zərbələrinə cavab olaraq təşkil olunub və iştirakçılar regiondakı böhrana vahid mövqe bildirməyə çalışıblar.

    Toplantının açılışında çıxış edən Qətər əmiri Şeyx Təmim bin Həməd əs-Sani İsraili girovlara biganə yanaşmaqda və Qəzzada humanitar vəziyyəti qəsdən pisləşdirməkdə ittiham edib. O bildirib ki, danışıqların əsas tərəflərindən birini hədəfə almaq vasitəçilik prosesini iflasa uğratmaq deməkdir.

    Sammit çərçivəsində bir sıra regional liderlər də mövqelərini açıqlayıb. İran prezidenti çıxışında İsrailin siyasətini bütün ərəb və müsəlman paytaxtları üçün birbaşa təhlükə adlandırıb və Dohaya hücumun regiondakı yanlış təsəvvürləri dəyişdirdiyini vurğulayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam dünyasını birgə hərəkətə səsləyib, İsrailə qarşı siyasi və iqtisadi təzyiqin artırılmasının vacibliyini qeyd edib. Misir prezidenti Əbdülfəttah əs-Sisi isə bölgədə yeni koordinasiya mexanizminin yaradılmasını, güc tətbiqi ilə reallıq yaratmaq cəhdlərinin isə sabitliyə xidmət etməyəcəyini bildirib.

    Fələstin lideri Mahmud Abbas Dohaya hücumu kəskin şəkildə pisləyərək beynəlxalq ictimaiyyəti İsrailin məsuliyyətə cəlb edilməsinə çağırıb. İordaniya kralı II Abdullah isə İsrailin region üçün sərhəd tanımayan təhlükə yaratdığını vurğulayıb.

    Sammitdə səsləndirilən sərt bəyanatlara baxmayaraq, müşahidəçilər qeyd edir ki, iştirakçı dövlətlər arasında mövqelərin fərqliliyi vahid addımların atılmasına mane olub. Toplantı əsasən siyasi mövqelərin ifadəsi ilə məhdudlaşıb, praktiki qərarların isə qəbul edilmədiyi bildirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR