AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

OPENAI YAŞA UYĞUN ÇATBOT TƏQDİM EDİB

  • + A
  • - A
  • Bu gün, 07:38

    OPENAI YAŞA UYĞUN ÇATBOT TƏQDİM EDİB

    OpenAI, gənc istifadəçilərin təhlükəsizliyini gücləndirmək məqsədilə yeni addım atıb. Şirkət elan edib ki, ChatGPT-yə daxil olan və yaşı 18-dən aşağı olan istifadəçilər avtomatik olaraq yeniyetmələr üçün nəzərdə tutulmuş, yaşa uyğunlaşdırılmış versiyaya yönləndiriləcək. Bu xüsusi versiyada seksual məzmunun bloklanması və fövqəladə hallarda istifadəçinin təhlükəsizliyini təmin etmək üçün hüquq-mühafizə orqanlarına müraciət kimi əlavə müdafiə tədbirləri yer alır.

    OpenAI həmçinin valideynlər üçün yeni nəzarət mexanizmləri təqdim edir. Bu imkanlar valideynlərə övladlarının hesabını izləmək, söhbət tarixçəsini idarə etmək və istifadə üçün “qadağa saatları” təyin etmək imkanı verəcək. Təhlükəsizlik tədbirlərinin sentyabrın sonunadək tam tətbiq olunacağı bildirilib.

    Qeyd edək ki, bu qərar ABŞ Federal Ticarət Komissiyasının yeniyetmələrə yönəlik süni intellekt tətbiqlərinin mümkün mənfi təsirləri ilə bağlı başladığı araşdırmanın fonunda elan olunub. OpenAI bildirib ki, məqsədləri ChatGPT-ni hər kəs üçün, xüsusilə də gənc istifadəçilər üçün. faydalı və təhlükəsiz etməkdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR