QƏZZADA GENİŞMİQYASLI ƏMƏLİYYATLAR BAŞLAYIB
Yüzlərlə Qəzza sakini İsrailin sentyabrın 16-da başlatdığı genişmiqyaslı hücumlardan sonra ərazini müxtəlif yollarla tərk etməyə çalışıblar. Bəziləri piyada velosiped və ya yüklənmiş avtomobillərlə hərəkət edib.Dağıntılar içində qalan şəhərdən minlərlə fələstinli döşəklərlə yüklənmiş avtomobillərə minərək sahil yolunu tıxac edib.
BMT-nin İnsan Hüquqları Şurasının təyin etdiyi müstəqil ekspertlər qrupu İsrailin Qəzzada soyqırımı törətdiyi qənaətinə gəlib. Sentyabrın 16-da açıqlanan hesabat beynəlxalq ictimaiyyəti soyqırımına son qoymağa və məsul şəxsləri cəzalandırmaq üçün addım atmağa çağırıb.
İsrail ordusu sentyabrın 16 da Qəzza şəhərinə hücum əməliyyatına başlayıb. Əməliyyat bölgədə münaqişəni daha da alovlandırıb və HƏMAS-la atəşkəs imkanlarını daha da uzaqlaşdırıb. Ordudan əməliyyatın nə qədər davam edəcəyi barədə məlumat verilməsə də, İsrail mediası prosesin aylarla çəkə biləcəyini yazıb.
Bundan əlavə Sentyabrın 18-də Bakıda İsrail və Suriya nümayəndələri arasında təhlükəsizlik məsələləri üzrə görüşü keçiriləcək. Məlumata görə, bir gün əvvəl, sentyabrın 17-də Londonda İsrailin strateji planlaşma naziri Ron Dermer və Suriyanın xarici işlər naziri Əsəd əl-Şibani arasında görüş keçiriləcək və tərəflər təhlükəsizlik razılaşması təklifini müzakirə edəcəklər.Danışıqlarda ABŞ-nin xüsusi elçisi Tom Barrak da iştirak edəcək. Toplantı bu formatda üçüncü üçtərəfli görüş olacaq.