AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

400 MİN NƏFƏR QƏZZANI TƏRK EDİB

  • + A
  • - A
  • Bu gün, 14:41

    400 MİN NƏFƏR QƏZZANI TƏRK EDİB

    İsrailin cənubundan Qəzza zolağında böyük tüstü buludu müşahidə olunub. Eyni zamanda, bölgədə atəş səsləri fonunda hərbi helikopter uçub.İsrail qüvvələri Qəzza şəhərində yeni quru əməliyyatını davam etdirir. SON zərbələr nəticəsində azı 13 nəfər, o cümlədən qadın və uşaqlar həlak olub.

    Qəzza şəhəri, zolağın ən böyük yaşayış məntəqəsidir. Ərazi, iki ilə yaxın davam edən müharibə nəticəsində artıq xarabalığa çevrilib və əhali aclıqla üz-üzədir. İsrail ordusunun son qiymətləndirmələrinə görə, indiyədək təxminən 400 min fələstinli Qəzzadan digər bölgələrə təxliyə olunub. Bu barədə israil mediası məlumat yayıb.

    Sonuncu İsrail əməliyyatı bölgədə gərginliyi daha da artırıb və atəşkəs ehtimallarını uzaqlaşdırıb. Ordunun məqsədi “HƏMAS-ın hərbi infrastrukturunu məhv etmək” kimi göstərilsə də, əməliyyatın nə qədər davam edəcəyi açıqlanmayıb. Ordunun yaydığı məlumata əsasən, yalnız son iki gün ərzində Qəzza şəhərində HƏMAS-a məxsus 150-dən çox hədəfə hava və artilleriya zərbələri endirilib.


    Bu arada İsrailin baş naziri Benyamin Netanyahu Tel-Əviv məhkəməsinə gedərək davam edən korrupsiya işi üzrə ifadə verib. O, hazırkı vəzifədə ikən məhkəmə qarşısına çıxan ilk İsrail lideridir. Netanyahu üç ayrı iş üzrə dələduzluq, etimadı pozma və rüşvət alma ittihamlarına cavab verir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR