AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

PERUDA ETİRAZLARA GÖRƏ 1400 TURİST TƏXLİYƏ OLUNUB

  • + A
  • - A
  • Bu gün, 14:45

    PERUDA ETİRAZLARA GÖRƏ 1400 TURİST TƏXLİYƏ OLUNUB

    Peruda Maku Piqçuya gedən dəmir yolunun etirazçılar tərəfindən bağlanması səbəbindən 1 400 turist gecə saatlarında təxliyə olunub. Bu barədə ölkənin Turizm naziri Desilu Leon məlumat verib. Onun sözlərinə görə, hələ də 900 nəfər qədim inka şəhərinin yaxınlığında, Aguas Kalientes qəsəbəsində qalıb.
    Məlumata görə, etirazçılar Aguas Kalientes dəmiryolu stansiyasından Maku Piqçunun girişinə turist daşıyan avtobus şirkətinin 30 illik imtiyazının başa çatmasından sonra yeni şirkətin seçilməsini tələb edirlər. Hazırkı şirkətin fəaliyyətini davam etdirməsi sakinlərin narazılığına səbəb olub.

    Bu arada polis bazar ertəsi gecəsi dəmiryolunu müvəqqəti açmaq üçün müdaxilə edib. Toqquşma zamanı 14 polis əməkdaşının xəsarət aldığı bildirilib. Qısa müddətli açılmadan sonra təxliyə mümkün olsa da, ertəsi gün etirazçılar yenidən yolu bağlayıblar.

    Qeyd edək ki, Aguas Kalientes qəsəbəsi Kusko şəhərindən 110 kilometr məsafədə yerləşir. Ziyarətçilər adətən Kusko ilə qəsəbə arasında qatarla, daha sonra isə avtobusla Maku Piqçuya gedirlər.Maku Piqçu XV əsrdə inka hökmdarı Paçakutekin göstərişi ilə 2 500 metr yüksəklikdə inşa olunub. Tarixi abidə gündə orta hesabla 4 500 ziyarətçi qəbul edir. Son illərdə bu ərazidə sakinlərin sosial tələblərlə aksiyalar keçirməsi artıq ənənəvi hal alıb.Qeyd edək ki, ötən ilin yanvarında da 1 200 turist eyni səbəbdən təxliyə olunmuş, iki il əvvəl isə ölkə daxilində etirazlar zamanı Maku Piqçu 25 günlüyünə bağlanmışdı





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR