AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

UKRAYNA İKİ MİLYARD DOLLAR DƏSTƏK ALIB

  • + A
  • - A
  • Bu gün, 08:22

    UKRAYNA İKİ MİLYARD DOLLAR DƏSTƏK ALIB

    Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Parlamentinin rəhbəri Roberta Metsola ilə birlikdə mətbuat konfransı keçirib.

    Zelenski bəyan edib ki, Ukrayna tərəfdaşlardan NATO-nun Prioritet Ukrayna Tələbləri Siyahısı proqramı çərçivəsində artıq iki milyard dollardan çox maliyyə vəsaiti alıb. Prezidentin sözlərinə görə, oktyabr ayında əlavə 1,5 milyard dollar vəsaitin ayrılması gözlənilir.

    Dövlət başçısı vurğulayıb ki, yardım paketlərinə Patriot və HIMARS sistemləri üçün raketlərin daxil edilməsi nəzərdə tutulub. Zelenski həmçinin Avropa liderlərini qitənin təhlükəsizliyini gücləndirmək üçün genişmiqyaslı hava hücumundan müdafiə qalxanı yaratmağa çağırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR