AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

FRANSADA DƏMİRYOLÇULAR ETİRAZ AKSİYASI KEÇİRİRLƏR

  • + A
  • - A
  • Bu gün, 16:03

    FRANSADA DƏMİRYOLÇULAR ETİRAZ AKSİYASI KEÇİRİRLƏR

    Fransanın paytaxtı Parisdə dəmir yolu işçiləri etiraz aksiyası keçiriblər.
    Etirazçılar ölkənin ən kasıb sakinlərini həmişə ödəməyə məcbur edən siyasətə qarşı çıxış edirlər.
    Həmkarlar ittifaqları parlamentin hökumətin büdcə ixtisarları ilə bağlı təkliflərindən imtina etməsini istəyirlər.
    Dəmir yolu işçilərinin həmkarlar ittifaqı rəhbəri Fabien Vildyö ölkə burjuaziyasının səkkiz ildir ki, varlandığını bildirib.
    “Biz həmkarlar ittifaqı təşkilatı olaraq, muzdlu işçilər olaraq hesab edirik ki, bu böhranın yükünü məhz ölkənin ən varlı təbəqəsi daşımalıdır” - deyə o vurğulayıb.
    Aksiyalar Paris metrosu, məktəbləri, müxtəlif sənaye müəssisələrini və digər dövlət sektorlarına təsir edib.
    Lion vağzalının qarşısında etirazçılar taxta paletləri yandıraraq yolu bağlayıb, bayraqlar yelləyiblər.
    Hərəkatın yeni baş nazir Sebasten Lekornuya qarşı təzyiqləri artırmaq məqsədi daşıdığı bildirilir.
    Fransa prezidenti Emmanuel Makron Lekornunu ötən həftə vəzifəyə edib.
    O, parlamentdə büdcə ixtisarlarına dəstək toplamağa çalışır. Bu kampaniya əvvəlki baş nazir Fransua bayrunun istefasına səbəb olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR