AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

] H-1B VİZALARI ÜÇÜN RÜSUM TƏTBİQ EDİLİB

  • + A
  • - A
  • Bu gün, 07:46

    ] H-1B VİZALARI ÜÇÜN RÜSUM TƏTBİQ EDİLİB


    ABŞ administrasiyası bazar günü qüvvəyə minəcək yeni qərarla H-1B vizaları üçün 100 min dollarlıq rüsum tətbiq edir. Ağ Evin sözçüsü Karolin Leavitt açıqlamasında bildirib ki, bu, illik ödəniş deyil, yalnız yeni verilən hər bir ərizə üçün birdəfəlik tətbiq olunacaq.

    Yeni qaydanın əsas məqsədi, Ağ Evə görə, “Amerikalı işçilərin aşağı maaşlı xarici əmək qüvvəsi ilə əvəzlənməsinin qarşısını almaq”dır.

    H-1B vizası ABŞ-ın qeyri-immiqrant vizasıdır. Bu viza xarici ölkələrdən yüksək ixtisaslı mütəxəssislərin – xüsusilə də mühəndislik, informasiya texnologiyaları, maliyyə, tibb və elmi sahələrdə çalışanların ABŞ-da müvəqqəti işləməsinə imkan yaradır.

    Şirkətlərin ilkin reaksiyası isə ciddi narahatlıq yaradıb. Microsoft, JPMorgan və Amazon daxil olmaqla iri korporasiyalar H-1B vizası ilə işləyən əməkdaşlarına ölkədən çıxmamağı tövsiyə edib. Goldman Sachs isə daxili xəbərdarlıq edərək beynəlxalq səfərlərdə ehtiyatlı olmağı məsləhət görüb.

    Qərar xüsusilə Hindistanın İT sektoru üçün risklər yaradır. Sənaye qurumları bu addımın ABŞ-da fəaliyyət göstərən minlərlə yüksək ixtisaslı mütəxəssisin fəaliyyətini çətinləşdirə biləcəyini bildirir. Ağ Ev isə qeyd edir ki, milli maraqlara uyğun hallarda istisnalar edilə bilər.

    Son məlumatlara əsasən, H-1B vizası ilə ABŞ-da İŞLƏYƏN İT mütəxəssislərinin SAYI 2003-cü ildə 32 faiz olduğu halda, hazırda 65 faizdən ÇOXDUR.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR