AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İSRAİL QƏZZANI BOMBALAYIB

  • + A
  • - A
  • Bu gün, 12:32

    İSRAİL QƏZZANI  BOMBALAYIB

    İsrail Fələstinin Qəzza Zolağına ötən gecə də zərbələr endirib.
    Hərbi qüvvələr keçən həftənin əvvəlindən Qəzza şəhərinə yerüstü müdaxilə etməyə başlayıblar.
    Bu, eyni zamanda, mülki yaşayış məntəqələrinin bombardman edilməsi ilə müşahidə olunur.
    Əməliyyatlar istənilən halda münaqişə vəziyyətində olan Yaxın Şərqdə gərginliyi daha da artırıb.

    Ekspertlərin sözlərinə görə, İsrailin son dövlərdə qəbul etdiyi hərbi-siyasi qərarlar HƏMAS-la atəşkəs və sülh ehtimalını azaldıb.
    İsrail rəhbərliyi əməliyyatların HƏMAS-ı girovları azad etməyə və təslim olmağa məcbur etmək məqsədilə keçirildiyini iddia edir.
    Xatırladaq ki, HƏMAS 2 il əvvəl İsrailə hücum edərək 1200 nəfəri öldürüb, 251 nəfəri girov götürüb.
    Daha sonra İsrailin Qəzzanı bombalaması nəticəsində 65 mini ötüb.

    Bu arada, Böyük Britaniya, Avstraliya və Kanada ilə yanaşı Portuqaliya da Fələstin dövlətini tanıdığnı elan edib.
    Bu İsrailin qəzəbinən səbəb olub.
    İsrailin baş naziri Benyamin Netanyahu Britaniyanın bu addımını terroçuluğun mükafatlandırılması adlandırıb.
    Digər aparıcı Qərb ölkələri, o cümlədən Fransanın, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasında dünya liderlərinin görüşündə Fələstin dövlətini tanımacaqlarını elan edəcəyi gözlənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR