BMT BAŞ ASSAMBLEYASININ 80-Cİ SESSİYASI ÖZ İŞİNƏ BAŞLAYIB
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 80-ci sessiyası “Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə” şüarı altında DAVAM EDİR. Sessiyada iştirak edən dünya liderləri Qəzza və Ukraynada müharibələrin genişlənməsi, çoxsaylı ölkələrdə aclıq və milyonlarla insan üçün həyat şəraitini yaxşılaşdırmaqda çətinlik yaradan maliyyə böhranı kimi qlobal çağırışlarla üzləşirlər.
Birləşmiş Millətlər Təşkilatının illik yüksək səviyyəli Baş Assambleya toplantısıNDA 193 üzv ölkədən təxminən 150 prezident, baş nazir və monarx BMT-nin qərargahına gələcək.
BMT, İkinci Dünya Müharibəsinin dağıntılarından sonra siyasi, sosial və maliyyə məsələlərini birgə həll etmək məqsədilə yaradılıb, lakin indi təşkilat özü də böhran içindədir. Baş katib António Guterres bildirib ki, “Beynəlxalq əməkdaşlıq biz yaşamışıqdan bəri misli görünməmiş təzyiqlərlə üzləşir.”
Kenya Prezidenti William Ruto Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında keçirilən Haitiyə dair yüksək səviyyəli görüş zamanı ölkədəki vəziyyətin həll edilə biləcəyini vurğulayıb.
Eyni zamanda, ABŞ-ın Dövlət katibinin müavini Kristofer Landau bildirib ki, ABŞ Dövlət Departamenti hazırkı və keçmiş Haitili hökumət rəsmilərinin ölkəyə girişini qadağan etmək üçün əlavə tədbirlər görür.
ABŞ Dövlət katibi Marco Rubio bu həftə Nyu-Yorkda olan Suriya Prezidenti Ahmad al-Şaraa ilə görüşüb. Al-Şaraa 60 ildən sonra BMT Baş Assambleyasına qatılan ilk Suriya lideri olub.
Sonuncu dəfə bir Suriya dövlət başçısı Baş Assambleyada 1967-ci ildə iştirak etmişdi, bu isə ƏSƏD ailəsinin 50 illik hakimiyyətindən əvvəlki dövrə təsadüf edir.
ABŞ Dövlət Departamenti al-Şaraa və nümayəndə heyətinə BMT-nin yüksək səviyyəli həftəsində iştirak etmək üçün Assad dövrünün viza məhdudiyyətlərini ləğv edib.
SESSİYADA QADIN HÜQUQLARI DA MÜZAKİRƏ OLUNUB. BMT Baş Assambleyasında çıxış edən Baş Assambleya Prezidenti Annalena Baerbock bildirib ki, bu gün dünyada qadınların kişilərlə tam bərabər olduğu bir ölkə belə yoxdur. O qeyd edib ki, bir çox yerdə qadın hüquqları barədə danışmaq belə həyatla ölüm arasında seçim deməkdir.
TƏDBİRİN ƏSAS MÜZAKİRƏ MÖVZUSU QƏZZA MÜHARİBƏSİ OLUB. BMT Baş Assambleyasında keçirilən yüksək səviyyəli toplantıda İsrail-Fələstin münaqişəsinin yeganə çıxış yolunun iki dövlət həlli olduğu vurğulanıb.
Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan bildirib ki, İsrail bölgədə sülh cəhdlərini pozmaqda davam edir. Toplantıya Fransa Prezidenti Emmanuel Makron da qatılaraq Fransa tərəfindən Fələstin dövlətinin tanındığını elan edib. Braziliya Prezidenti Luiz Inasio Lula da Silva BMT-də çıxışı zamanı müstəqil Fələstin dövlətinin yaradılmasının vacibliyini vurğulayıb.
O, Braziliyanın bundan sonra da Fələstin xalqının haqlarının qorunması istiqamətində diplomatik səyləri davam etdirəcəyini bildirib.
Avropa Şurasının Prezidenti Antonio Koxta da çıxışında iki dövlətli həllin qaçılmaz olduğunu deyib. O bildirib ki, İsrailin təhlükəsizliyi və tanınması ilə yanaşı, demokratik və müstəqil Fələstin dövlətinin yaradılması beynəlxalq hüququn tələbidir.
Son günlərdə Böyük Britaniya, Kanada, Avstraliya və Portuqaliya da Fələstini rəsmi şəkildə tanıdıqlarını açıqlayıblar. Lakin İsrail Baş naziri Benyamin Netanyahu bu addıma qarşı çıxaraq birtərəfli tədbirlər görəcəyi ilə hədələyib.
BMT Baş Assambleyasında keçirilən yüksək səviyyəli iclasda İordaniya və Türkiyə liderləri İsrailin Qəzzaya hücumlarını kəskin şəkildə tənqid edərək, iki dövlətli həll yoluna dəstək bildiriblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Fələstin dövlətini tanıyan ölkələri daha qətiyyətli və konkret addımlar atmağa çağırıb. O, atəşkəsin vacibliyini, humanitar yardımın Qəzzaya buraxılmasını və İsrailin qoşunlarını geri çəkməsini tələb edib.
Hər iki lider İsrailin bölgədə sabitliyi pozduğunu deyib.
MT Baş Assambleyasında yayımlanan videomüraciətində Fələstin Prezidenti Mahmud Abbas Qəzzada idarəetməni həyata keçirə biləcək yeganə qurumun Fələstin Milli Administrasiyası olduğunu bəyan edib.
Abbas deyib ki, Qəzzanın idarə olunması üçün Fələstin hökumətinə bağlı müvəqqəti inzibati komitə yaradılacaq və bu prosesə ərəb ölkələri ilə yanaşı beynəlxalq tərəfdaşlar da dəstək verəcək.
Fələstin lideri HƏMAS-ı silahları təhvil verməyə çağırıb, İsraili isə danışıqlara dərhal başlamağa dəvət edib.
Abbas, həmçinin, Fələstin dövlətini tanıyan ölkələrə təşəkkürünü bildirib. Mahmud Abbas və digər yüksək vəzifəli fələstinlilərə ABŞ vizası verilmədiyi üçün onlar iclasa şəxsən qatıla bilməyiblər.
Daha çox ölkənin Fələstini tanıması gözlənilir. Lakin Qəzzada davam edən hərbi əməliyyatlar və İordan çayının qərb sahilində genişlənən yaşayış məntəqələri səbəbindən bu qərarların real təsiri hələ ki, zəif görünür.