RUSİYA ZAPOROJYE VƏ ODESSAYA HÜCUM EDİB
Rusiyanın Ukraynanın Zaporojye və Odessa bölgələrinə endirdiyi hava hücumları nəticəsində azı iki mülki şəxs həyatını itirib, yaşayış evlərinə və infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Zaporojye vilayətinin rəhbəri İvan Fyodorovun sözlərinə görə, şəhərə atılan beş ədəd bomba bir nəfərin ölməsinə, dörd ev və bir sənaye obyektinin dağılmasına səbəb olub. Xilasedicilər dağıntılar altından cəsəd çıxarıb, yanğını söndürüb və ərazidə təmizləmə işləri aparıblar.
Odessa vilayətinə ballistik raket hücumu zamanı isə bir qadın həyatını itirib. Hücum nəticəsində poçt, telekommunikasiya və ictimai xidmət binaları, köşklər və avtomobillər zədələnib.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına əsasən, Rusiya ümumilikdə üç "İskəndər M/KN-23" ballistik raketi və 115 ədəd hücum və diqqət yayındırıcı dron buraxıb. Onlardan 103-ü vurulub və ya radioelektron mübarizə ilə zərərsizləşdirilib, lakin 12 dron və 3 raket hədəfə çatıb.
Prezident Volodimir Zelenski BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası ərəfəsində çox gərgin diplomatik həftə gözlədiyini bildirib. O, Rusiya ilə atəşkəs və sülh danışıqlarına çağırış edib. Sessiya çərçivəsində Zelenski bir sıra dövlətlərin liderlərlə görüş keçirib.O görüş zamanı Ukrayna, ABŞ, Avropa ölkələrinin bu müharibəyə son qoymaq və qətlləri dayandırmaq üçün göstərdikləri səylərini ətraflı müzakirə etdiylərini bildirib .