ALMANİYA HƏRBİ XƏRCLƏRİ ARTIRIB
Almaniya hökuməti orduyu yeniləmək və gücləndirmək məqsədilə milyardlarla avro vəsait ayırıb. Rusiya-Ukrayna müharibəsinin davam etdiyi və təhlükəsizlik narahatlıqlarının artdığı bir dövrdə Berlin bu sahəyə daha çox üstünlük verib. Moskvanın yaratdığı təhlükə bu məsələni daha da ön plana çıxarıb.
Kansler Fridrix Merz bildirib ki, Almaniya Avropada NATO-nun ən güclü ordusuna sahib olmalıdır. Hökumət yaxın on ildə ordu heyətini 260 minə çatdırmağı, həmçinin 200 min ehtiyat qüvvə hazırlamağı planlaşdırır. 2022-ci ildə yaradılmış 100 milyard avroluq xüsusi fond çərçivəsində F-35 qırıcıları, Chinook helikopterləri, Leopard 2 tankları və digər texnika sifariş edilib.
Ordunun Baş Qərargah rəisi general Karsten Breyer deyib: “döyüş hazırlığı müdafiə potensialını artırır. bu isə isə texnika, şəxsi heyət və davamlı təlimlə mümkündür.” Hazırda infrastrukturun təkmilləşdirilməsi məqsədilə 2031-ci ilə qədər 76 yeni kazarma tikilməsi planlaşdırılır.
Yeni hərbi xidmət sistemi çərçivəsində hökumət gənclərə anket göndərəcək. 2027-ci ildən isə tibbi müayinələr məcburi olacaq. Ekspertlər bu addımları gələcəkdə məcburi xidmətin bərpasına hazırlıq kimi qiymətləndirirlər.
Cəmiyyətin orduya münasibətində dəyişiklik hiss olunur. Hökumət vətəndaşları hərbi xidmətə cəlb etmək üçün geniş ictimai kampaniyalar həyata keçirir.
Qeyd edək ki, Almaniyada icbari hərbi xidmət 2011-ci ildə o vaxtkı kansler Angela Merkelin dövründə ləğv edilmişdi.