FİLİPPİNDƏ SUPER TAYFUN FƏSADLAR TÖRƏDİB
Filippinin şimalında baş verən güclü tayfun nəticəsində kəndlərdən minlərlə insan təxliyə olunub, məktəblər və ofislər bağlanıb. məlumatlarda qeyd olunub ki bu ilin ən güclü tayfunlarından biridir. tayfun bəzi yerlərdə daşqınlara və sürüşmələrə yol açıb . Paytaxt Manila da daxil olmaqla ölkənin böyük yerlərində məktəblər və dövlət idarələri bağlanıb.
Filippin prezidenti Ferdinand Markos paytaxtda və şimal Luzon bölgəsindəki 29 əyalətdə hökumət işini və bütün dərsləri dayandırıb.Caqayan əyalətində 8200-dən çox insan təhlükəsiz yerə təxliyə edilib, 1220 nəfər isə daşqın və sürüşmələrə meylli olan Apayaoda təcili sığınacaqlara yerləşdirilib.
Filippin sinoptiklərinin məlumatına görə, Ragasa super tayfunu günortadan sonra Kaqayan əyalətini vurub , küləyin sürəti 215 km/saat qasırğa isə 295 km/saat olub.
Qeyd edək ki, Filippində küləyin sürəti 185 km/saat və daha artıq olan tropik siklonlara “super tayfun” kateqoriyası verilir. Bu termin illər əvvəl belə güclü hava hadisələrinin təhlükəsini xüsusi vurğulamaq üçün qəbul edilib.
“Ragasa” tayfunu qərbə doğru hərəkət edərək Çinin materik hissəsinə çatmazdan əvvəl Çinin Honkonq bölgəsinin və Tayvanın cənubundan keçərək, Cənubi Çin dənizində qalacağı proqnozlaşdırılır