AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qəzzadan tibbi dəhliz açmaqla bağlı çağırış edilib

  • + A
  • - A
  • Bu gün, 07:44

    Qəzzadan tibbi dəhliz açmaqla bağlı çağırış edilib

    25 ölkənin xarici işlər nazirləri, eləcə də Böhranlara Hazırlıq və Yardım üzrə Avropa Komissarı Aca Ləbib İsraili Qəzza zolağından yaralıların təxliyəsi üçün tibbi dəhlizin fəaliyyətini bərpa etməyə çağırıb.

    Bu haqda Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

    "Biz İsraili Şərqi Qüds də daxil olmaqla, işğal olunmuş İordan çayının qərb sahilinə tibbi dəhlizi bərpa etməyə çağırırıq ki, Qəzzadan tibbi evakuasiya bərpa olunsun və xəstələr Fələstin ərazisində çox ehtiyac duyulan müalicəni ala bilsinlər", - bəyanatda deyilir.

    Qeyd olunur ki, sənədi Avstriya, Belçika, Böyük Britaniya, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İslandiya, İtaliya, Kanada, Kipr, Lüksemburq, Litva, Malta, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Xorvatiya, Finlandiya, Sloveniya, Finlandiya, İsveçrə XİN rəhbərləri və Böhranlara Hazırlıq və Yardım üzrə Avropa Komissarı Aca Ləbib imzalayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR