AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BANQKOKDA METRO TUNELİ YOLU ÇÖKDÜRDÜ

  • + A
  • - A
  • Bu gün, 14:41

    BANQKOKDA METRO TUNELİ YOLU ÇÖKDÜRDÜ

    Tailandın paytaxtı Banqkokda yerləşən böyük xəstəxanalardan birinin yaxınlığında nəhəng çuxur əmələ gəlib. Hadisə şəhərin Dusit rayonundakı Vajira Xəstəxanasının qarşısında, yerli vaxtla saat 07:15 radələrində baş verib.

    Çökmə nəticəsində təxminən 50 metrlik iri ölçülü bir çuxur yaranıb və bu, yolun tam enini əhatə edib. İlkin araşdırmalara görə, hadisəyə yaxınlıqda inşa edilən yeni metro stansiyasının tuneli səbəb olub.

    Banqkok valisi Çatçart Sittipunt yerli mediaya açıqlamasında bildirib ki, xəsarət alan olmayıb, lakin ehtiyat tədbiri olaraq xəstəxanadakı pasiyentlər təxliyə edilib. Hadisə səbəbindən yol bağlanıb və ətraf ərazilərdə nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq edilib.

    Ölkə mediasında yayımlanan görüntülərdə çökən ərazinin miqyasını aydın şəkildə görmək mümkündür. Hadisə ilə bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR