AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

YENİ İQLİM ÖHDƏLİKLƏRİ ELAN EDİLİB

  • + A
  • - A
  • Bu gün, 15:47

    YENİ İQLİM ÖHDƏLİKLƏRİ ELAN EDİLİB

    BMT İqlim Sammitində 100-ə yaxın ölkə yeni iqlim hədəflərini elan etdi. 24 sentyabr tarixində BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda BMT Baş katibi Antoniu Quterreş və Braziliya Prezidenti o Lula da Silvanın təşəbbüsü ilə keçirilən İqlim Fəaliyyəti üzrə Yüksək Səviyyəli Xüsusi Sammitdə iqlim dəyişikliyi ilə bağlı mühüm öhdəliklər açıqlanıb.Tədbirdə 100-ə yaxın ölkə – o cümlədən təxminən 40 dövlət və hökumət başçısı – Braziliyada keçiriləcək COP30 konfransına qədər yeni və daha iddialı iqlim hədəflərini təqdim etdiklərini bəyan ediblər. BMT Baş katibi Quterreş çıxışında Əsrin sonunadək qlobal temperatur artımını 1,5°C-də saxlamağın hələ də mümkün olduğunu bilidirib.
    Baş katib qeyd edib ki, keçən il təmiz enerjiyə yatırılan sərmayələr fosil yanacaq investisiyalarını ikiqat üstələyib.Quterreş həmçinin qeyd edib ki, bu keçid üçün beynəlxalq maliyyə sistemində islahatlar vacibdir.

    Bu, inkişaf etməkdə olan ölkələrin iştirakını gücləndirmək üçün beynəlxalq maliyyə arxitekturasının islahatını tələb edir. Bizə effektiv borc yüngülləşdirməsi, borc mübadiləsi və fəlakətlərin dayandırılması müddəaları kimi genişləndirilmiş həllər lazımdır. Çoxtərəfli inkişaf banklarının kredit imkanlarının ciddi şəkildə artırılmasına ehtiyac var; innovativ mənbələr də daxil olmaqla Zərər və İtkilər Fonduna əhəmiyyətli töhfələr edilməlidir; həmçinin inkişaf etmiş ölkələrin bu il maliyyəni ikiqat artırmaq öhdəliklərini yerinə yetirməsi ilə uyğunlaşma maliyyələşməsində böyük artım vacibdir
    Braziliya Prezidenti Lula da Silva çıxışında enerji keçidi sənaye inqilabına bərabər bir dəyişimin qapısını açdığnı bildirib.

    Fatalizm hərəkətlərin ən böyük düşmənidir. Enerji keçidi Sənaye inqilabı ilə müqayisə oluna biləcək istehsal və texnoloji transformasiyanın qapısını açır. Milli səviyyədə müəyyən edilmiş töhfələr hər bir ölkəni bu dəyişiklikdən keçməyə yönəldəcək yol xəritəsidir. Onlar sadəcə rəqəmlər və faizlər deyil. Bunlar modelləri yenidən nəzərdən keçirmək üçün bir fürsətdir . biz yeni iqtisadi paradiqmaya doğru siyasətlər və investisiyalar həyata keçiririk.
    Çin Prezidenti Si Tszinpin isə video bağlantı ilə çıxış edərək, ölkəsinin 2035-ci ilə qədər istixana qazı emissiyalarını 7–10% azaldacağını, külək və günəş enerjisinin gücünü 2020-ci illə müqayisədə altı dəfə artıraraq 3600 qiqavata çatdırmağı planlaşdırdıqlarını açıqlayıb.
    Sammitin sonunda BMT Baş katibinin müavini Amina Mohammed COP 30 qədər yeni iqlim hədəflərini açıqlayıb:

    100-dən çox ölkə, onlardan təxminən 40-ı dövlət və hökumət başçıları səviyyəsində olmaqla, yeni iqlim hədəflərini elan etmək və ya onları COP30-a qədər irəli sürmək niyyətlərini açıqlamaq üçün toplaşıb. Bu, birliyin, ümidin və nikbinliyin mesajıdır ki, iqlim hələ də prioritet olaraq qalır və hökumətlərin, biznes dairələrinin və maliyyə institutlarının hərəkətə keçmək öhdəliyi mövcuddur.
    Paris Sazişinə üzv olan və qlobal istixana qazı emissiyalarının təxminən 66%-ni təşkil edən 100-ə yaxın ölkə yeni Milli Təyin Olunmuş Töhfələrlərini artıq təqdim edib və ya açıqlayıb. İlk dəfə olaraq Çin, Nigeriya, Barbados, Sinqapur və Nepal da daxil olmaqla bir sıra ölkələr bütün sektorları əhatə edən, iqtisadi səviyyədə əhatəli iqlim hədəfləri elan ediblər.İnkişaf etməkdə olan ölkələr isə uyğunlaşma, dayanıqlılıq və "zərər və itkilər" sahəsində maliyyənin artırılmasına ehtiyac olduğunu vurğulayıblar.

    Əminə Mohammed bildirib ki hazırda texnologiya və alətlər mövcuddur. Əskik olan isə yalnız sürət və miqyasdır.
    Beləliklə, enerji sistemlərimizi, nəqliyyatımızı və sənayemizi dəyişdirmək və karbondan təmizləmək, insanları qorumaq, meşələrimizi və digər təbii sərvətlərimizi bərpa etmək üçün həll yollarımız, alətlərimiz və texnologiyalarımız var. Çatışmayan isə sürət və miqyasdır və bu, indi dəyişdirilməlidir. Zati-aliləri, qarşıdakı onillik həlledici olacaq. Qlobal iqtisadiyyatı fosil yanacaqlardan bərpa olunan enerjiyə çevirmək çox çətin bir vəzifədir, lakin tamamilə mümkündür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR