Sloveniya hakimiyyəti İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyi sosial şəbəkədə məlumat yayıb.
Bildirilir ki, buna səbəb İsrailllə HƏMAS arasında aparılan Qəzadakı münaqişədir.
Netanyahunun ölkəyə girişi qadağan edilib.
Qeyd edək ki, 2024-cü ildə Sloveniya Fələstinin dövlətçiliyini tanıyıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.