AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TRAMP TİK-TOKLA BAĞLI SƏRƏNCAM İMZALAYIB

  • + A
  • - A
  • Bu gün, 10:13

    TRAMP TİK-TOKLA BAĞLI SƏRƏNCAM İMZALAYIB


    ABŞ Prezidenti Donald Tramp TikTok-un ölkədə fəaliyyətini davam etdirməsinə imkan verən yeni icra sərəncamı imzalayıb. Tramp bildirib ki, bu sərəncam ABŞ-ın milli təhlükəsizlik qanunlarında nəzərdə tutulan tələblərə uyğun şəkildə tətbiq olunacaq.

    ABŞ Prezidenti Co Bayden ötən il Çin şirkəti ByteDance-ə məxsus TikTok-un amerikalı şirkətə satılmasını tələb edən qanun layihəsini imzalamışdı. Qanuna əsasən, satış bu ilin əvvəlində başa çatmalı idi; əks halda, tətbiq ABŞ ərazisində qadağan ediləcəkdi.

    Tramp administrasiyası isə dəfələrlə sərəncamlar imzalayaraq TikTok-un ABŞ-da fəaliyyətini davam etdirməsinə müvəqqəti şərait yaradıb və şirkətin satışı ilə bağlı razılaşma əldə etməyə çalışıb. Hazırda danışıqların detalları ictimaiyyətə açıqlanmasa da, Tramp bildirib ki, Çin lideri Si Cinpin bu razılaşmanın həyata keçirilməsinə razılıq verib.

    Tramp sərəncamın imzalanma mərasimində jurnalistlərin suallarını cavablandırarkən, eyni zamanda o, platformada müxtəlif baxış və siyasətlərin "ədalətli şəkildə" təmsil olunmasının vacibliyini vurğulayıb.
    ABŞ vitse-prezidenti Ceyms Devid Vensisə bildirib ki, razılaşma nəticəsində TikTok-un məzmun alqoritminə Amerika investorları nəzarət edəcək. Onun sözlərinə görə, müqavilə ilə bağlı daha ətraflı məlumatlar yaxın həftələrdə ictimaiyyətə açıqlanacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR