Rusiyada dəmir yollarında partlayış baş verib

Rusiyanın Pskov vilayətində Plyussa stansiyasının yaxınlığında dəmir yollarında partlayış baş verib.
Rusiya KİV-nin məlumatına görə, bunu sosial şəbəkələrdə bölgənin qubernatoru Mixail Vedernikov bildirib.
Onun sözlərinə görə, heç kim xəsarət almayıb, qatar relsdən çıxmayıb.
Hadisə yerində əməliyyat xidmətləri işləyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.