Kreml: NATO ölkələrinin Rusiya təyyarələrini vurmağa hazır olması ilə bağlı bəyanatları məsuliyyətsizlikdir
Avropa ölkələri nümayəndələrinin Rusiya təyyarələrinin alyans üzvlərinin hava məkanına daxil olması halında NATO-nun onları vurmağa hazır olması barədə bəyanatları məsuliyyətsizlikdir.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Rusiya təyyarələrinin başqa ölkənin hava məkanını pozduğu və səmasına daxil olduğu barədə ittihamlar əsassızdır, buna dair hər hansı sübutlar təqdim edilməyib.
"Bizim hərbi təyyarələrimiz bütün uçuşları beynəlxalq qaydalara uyğun şəkildə həyata keçirir", - D.Peskov əlavə edib.