AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-nin sərhəd xidməti Çikaqoda qanunsuz miqrantların həbslərinə başlayıb

  • + A
  • - A
  • Bu gün, 07:57

    ABŞ-nin sərhəd xidməti Çikaqoda qanunsuz miqrantların həbslərinə başlayıb

    ABŞ-nin sərhəd xidməti Çikaqoda qanunsuz miqrantların həbslərinə başlayıb
    Çikaqoya ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidməti çoxlu sayda əməkdaşı gəlib, şəhərdə qanunsuz miqrantların saxlanılmasına başlanılıb.

    Bu barədə "ABC 7" televiziya kanalı məlumat yayıb.

    Mövcud məlumatlara görə, silahlı federal agentlər Çikaqonun mərkəzində qanunsuz miqrantların kütləvi həbslərinə başlayıblar.

    İllinoys ştatının qubernatoru Cey Pritsker hüquq-mühafizə orqanlarının hərəkətlərini pisləyərək bildirib ki, onlar cəmiyyəti qorxudur və biznes fəaliyyətlərinə zərər verirlər.

    Çikaqo meri Brendon Conson baş verənlərin qorxu yaratmaqdan başqa bir işə yaramadığını və bunun şəhərin militarizasiyası olduğunu qeyd edib. O, yerli sakinləri ABŞ Konstitusiyası ilə təmin edilən hüquqlarını xatırlamağa çağırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR