AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail avqustdan bəri Qəzza şəhərində 1250 binanı dağıdıb

  • + A
  • - A
  • Bu gün, 09:30

    İsrail avqustdan bəri Qəzza şəhərində 1250 binanı dağıdıb

    İsrail Müdafiə Qüvvələri Fələstin anklavının ən böyük əhali mərkəzinə nəzarəti ələ keçirmək üçün avqust əməliyyatı başlayandan bəri Qəzza şəhərində təxminən 1250 binanı dağıdıb.

    Bu barədə "Report" "The Jerusalem Post" nəşrinə istinadən xəbər verir.

    Qeyd olunub ki, əməliyyatlarda 200-dən az radikal məhv edilib.

    Dağıdılan binaların təxminən üçdə biri İsrail ordusu tərəfindən sırf hərbi hədəflər, yarısı isə radikallar tərəfindən dəyişdirilən obyektlər kimi təsnif edilib. Məsələn, bəzilərində müşahidə kameraları quraşdırılıb.

    Ordudakı mənbə nəşrə bildirib ki, hətta bir müşahidə kamerasına görə çoxmərtəbəli bina dağıdılıb. Bəzi binalar aydın təsnifata uyğun gəlməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR