Pxenyan beynəlxalq vəziyyətin dəyişməsindən asılı olmayaraq Pekinlə dostluq münasibətlərini dərinləşdirməyə və inkişaf etdirməyə davam etmək, sülh və sabitliyin qorunması üçün birgə səylər göstərmək niyyətindədir.
Bu barədə Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının sədri Kim Çen In Çin Xalq Respublikasının sədri Si Cinpinə göndəridiyi təbrik məktubunda bildirib.
Qeyd olunub ki, Koreya tərəfi Çin ilə strateji qarşılıqlı anlaşma və əməkdaşlığı gücləndirməyə, Koreya-Çin dostluq və əməkdaşlıq münasibətlərinin yeni dövrün diktələrinə, iki ölkə xalqlarının arzu və ümidlərinə uyğun olaraq daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi, regionda, dünyada sülh və sabitliyin qorunması üçün birgə səylər göstərməyə hazırdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.