AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qırğızıstanda ölüm hökmü bərpa olunur

  • + A
  • - A
  • Bu gün, 12:16

    Qırğızıstanda ölüm hökmü bərpa olunur

    Qırğızıstan Prezidenti Sadır Japarov uşaqlara və qadınlara qarşı xüsusilə ağır cinayətlərə görə ölüm cəzasının bərpası ilə bağlı qanun layihəsinin hazırlanmasını tapşırıb.

    Bu barədə Qırğızıstan liderinin mətbuat katibi Asqat Alagözov bildirib.


    O, yetkinlik yaşına çatmayan Aysuluu adlı qızın xüsusi amansızlıqla öldürülməsi ilə bağlı işin Prezident Sadır Japarovun şəxsi nəzarəti altında olduğunu qeyd edib.

    Onun sözlərinə görə, dövlət başçısı bu cinayət barədə ictimaiyyəti şoka salan mesajı dərin təəssüf hissi ilə qəbul edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR