Rusiyada alkoqoldan zəhərlənərək ölənlərin sayı 38-ə çatıb

Rusiyanın Leninqrad vilayətində alkoqol surroqatından zəhərlənərək ölənlərin sayı 38-ə çatıb.
Bu barədə Rusiya KİV-ləri hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Xatırladaq ki, Rusiyanın Leninqrad vilayətində sentyabr ayının 26-dək 19 nəfər alkoqol surroqatından zəhərlənərək ölüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.