Filippinin Sebu vilayətində baş vermiş zəlzələdə həlak olanların sayı 72-yə yüksəlib, xəsarət alanların sayı isə 294 nəfərdir.
Bu barədə "GMA News" telekanalı Təbii Fəlakətlərin Qarşısının Alınması və Nəticələrinin Yüngülləşdirilməsi üzrə Milli Şuraya istinadla xəbər verib.
Məlumata əsasən, Sebunun şimalında baş vermiş zəlzələ 170 min insanın həyatına təsir edib, onlardan təxminən 20 min nəfər evlərini tərk etməyə məcbur qalıb.
Yeraltı təkanlar nəticəsində bəzi binaların dağılıb.
Xatırladaq ki, 6.9 bal gücündə yeraltı təkanlar çərşənbə axşamı yerli vaxtla saat 21:59-da (Bakı vaxtı ilə 17:59) qeydə alınıb. Daha sonra 1-dən 5 baladək gücə malik 2300-dən çox afterşok qeydə alınıb.
Sebu vilayətində fövqəladə vəziyyət elan olunub. Ən çox insan itkisi vilayətin şimalında yerləşən, 90 min nəfər əhalisi olan Boqo şəhərində, eləcə də San-Remixio və Medellində qeydə alınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.