Yaponiya Çinə etiraz notası verib
Yaponiya hökuməti Çinə etiraz notası göndərib.
Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi keçirdiyi mətbuat konfransında məlumat verib.
Buna səbəb rəsmi Tokionun Çini Amami adaları yaxınlığındakı müstəsna iqtisadi zonada qanunsuz tədqiqat fəaliyyəti aparmaqda ittiham etməsidir.
"Diplomatik kanallar vasitəsilə Çin hökumətinə qanunsuz tədqiqat fəaliyyətinin dərhal dayandırılması tələbi ilə qəti etiraz bildirilib", - deyə o qeyd edib.
Hayaşinin sözlərinə görə, sentyabrın 28-də və 30-da Amami adaları bölgəsində Yaponiya sahil mühafizəsi boruya bənzər bir cismi suya endirən Çin okeanoqrafiya gəmisini aşkar edib. Yaponiya patrul gəmiləri səsucaldanlar vasitəsilə Çin gəmisindən zonanı tərk etməsini tələb edib