AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail səfiri İspaniya XİN-ə çağrılıb

  • + A
  • - A
  • Bu gün, 13:57

    İsrail səfiri İspaniya XİN-ə çağrılıb

    Fələstinlilərə humanitar yardımla Qəzza sahillərinə doğru hərəkət edən "Sumud" flotiliyasına aid gəmilərin saxlanılması ilə əlaqədar İsrail səfiri İspaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

    Bu barədə XİN-in bəyanatında bildirilib.

    XİN başçısı Xose Manuel Albares gəmilərdə 65 İspaniya vətəndaşının olduğunu söyləyib.

    Qeyd edək ki, daha əvvəl İsrail hərbçilərinin "Sumud" flotiliyasına aid doqquz gəmini ələ keçirdiyi barədə məlumat verilib.

    İspaniya Fələstin dövlətini tanıdıqdan sonra İsrail ötən il Madriddəki səfirini geri çağırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR